Xalq artistini kinoya çəkib pulunu vermədilər: \"Dilənçixana...\" - Dünənki film haqda ŞOK

Xalq artistini kinoya çəkib pulunu vermədilər: \
Uzun fasilədən sonra xalq artisti Rasim Balayev yeni filmə çəkildi. Amma təəssüflər olsun ki, filmin qala gecəsində sevimli aktyoru görmədik.

Filmin rejissoru Elvin Əhmədov yeniçağ.az-a açıqlamasında aktyorun təqdimata gəlməməsini belə izah edib:

"Rasim Balayev çox istəyirdi ki, bu filmin qala gecəsinə qatılsın. Amma onun səhhəti ilə bağlı ciddi problemlər yaranıb. Buna görə də aktyor gələ bilmədi”.

Qeyd edək ki, "Sara” adlı filmin rejissoru Elvin Əhmədov, ssenari müəllifi Fərəc Süleymanov, operatoru Ruslan Ağazadə, baş prodüseri Cəmil Cəfərovdur.

Filmdə xalq artisti Rasim Baleyev, əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Duyğu Dəvəli, Zarina Qurbanova, Cəmil Cəfərov, Elvin Əhmədov və başqaları çəkilib.

Onu da öyrəndik ki, ekran işi 100 min manata ərsəyə gəlib.

Xalq artisti Rasim Balayev yeniçağ.az-a açıqlamasında qala gecəsinə gəlməməsini səhhətindəki narahatlıqla izah edib:

"Belimdə ağrılar vardı, istəmədim belə vəziyyətdə gəlim. Həm də axsaya-axsaya səhnəyə çıxmaq mənə yaraşmaz”.

Aktyor filmə çəkilməsindən də danışıb:

"Mən əslində o filmə çəkilmək istəmirdim. Gəldilər, yalvardılar, dostlarımı minnətçi saldılar. Qonorara çatanda dedilər çəkil, amma pulumuz yoxdur. Mən də dedim bu necə olur, dilənçixana-zaddır bəyəm? Əgər pulunuz yoxdursa, nə vacibdir film çəkirsiniz? Nə isə axırda razılıq verdim. Qonorarın miqdarı barədə isə heç danışmağa dəyməz. Necəydi, film xoşunuza gəldimi?”

Xalq artistinin sualına cavab olaraq bildirək ki, təqdimatı keçirilən "Sara”ya məhz onun roluna görə baxmaq olar. Amma bu yerdə bir məsələ qaranlıq qalır: 100 minə başa gələn filmdə Rasim Balayevin zəhməti niyə cüzi qiymətləndirilib? Sonra da deyirlər sənətkarlar filmlərdən imtina edir.

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...