Xalq artisti Muxtar Maniyev vəfat etdi

Xalq artisti Muxtar Maniyev vəfat etdi

Azərbaycanın Xalq artisti Muxtar Maniyev dünyasını dəyişib.

Bu barədə onun ailə üzvləri məlumat verib. 

Bildirilib ki, aktyorla vida mərasimi bu gün saat 14:00-da Təzə Pir Məscidində baş tutacaq. Dəfn mərasimi isə Qala kəndində olacaq.

Qeyd edək ki, aktyor şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Ötən il aktyorun hər iki ayağı amputasiya edilmişdi.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Xalq artistinin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

Allah rəhmət eləsin!



OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...