Xalq artisti Məleykə Əsədovanı təhqir edən Ramiz Məlik ÜZR İSTƏDİ: \"Borc bilirəm...\" - AÇIQLAMA

Xalq artisti Məleykə Əsədovanı təhqir edən Ramiz Məlik ÜZR İSTƏDİ: \
 Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədova ilə aralarında baş verən insidentə münasibət bildirib.

Sfera.az
 xəbər verir ki, R. Məlik APA-ya açıqlamasında qeyd edib ki, baş verənlər anlaşılmazlıq üzündən olub, peşmançılıq hiss keçirir:

"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm”.

OXŞAR XƏBƏRLƏR

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...