Xalq artisti insult keçirdi - Xəstəxayana yerləşdirildi
18:15 / 09.01.2020
5207
Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.
Sfera.az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında rejissorun həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva deyib.
A.Kazımov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
Qeyd edək ki, Xalq artisti insult keçirib. Hazırda onun vəziyyəti stabil ağırdır. (milli.az)