Xalq artisti ilə evli olan aktrisadan etiraf: "Bəlkə də buna görə ailə qurmağımıza gec razılıq verdim" - FOTO

Xalq artisti ilə evli olan aktrisadan etiraf:
Aktrisa Mehriban Abdullayevanın Milli.Az-a müsahibəsi.

- Mehriban xanım, "Romeo və Cülyetta" tamaşasından sonra sizinlə müsahibə edirik. Tamaşa gec bitdi, yorğunluğunuz da öz yerində...

- Ümumiyyətlə, tamaşalar olanda yorğun oluruq. "Romeo və Cülyetta" tamaşası digər tamaşalara nisbətən bir az çətin tamaşadır. Biz aktyorların günü belədir. Amma bu, xoş yorğunluqdur. Bu cür hisslərlə yaşamaq gözəldir. Artıq 30 ildir ki, bu hisslərlə yaşayıram.

- 30 ili yaman qəhərli dediniz.

- Bu 30 il necə gəlib-keçdi heç hiss etmədim. Bir də gözümü açdım ki, artıq 30 il keçib. Çox sənət dostlarım mənə deyir ki, bu 30 ildə sən qətiyyən xaricən dəyişməmisən. Amma mən özüm hiss edirəm ki, çox dəyişilmişəm. Sənətə o arzularla gəlmişəm ki, həmişə səhnədə olum. Bu arzularıma çox çətinliklə çatmışam. O vaxtlar qarşımda çox maneələr var idi. Bütün bunlara baxmayaraq həmişə iti addımlarla irəli getmişəm. Səhnəni çox sevirəm, özümü səhnədən kənarda təsəvvür etmirəm.Tamaşaçıların sevgisi və alqışı mənə o maneələri unutdurub. O ki qaldı intriqalara, teatr aləmi həmişə intriqalarla dolu olub.

- Söhbət hansı teatrdan gedir?

- Söhbət, təbii ki, Akademik Milli Dram Teatrından gedir. İş orasındadır ki, mənim heç vaxt yaşıdlarımla problemim olmayıb. Hamının sevdiyi, sənətdə və səhnədə tanınmış insanlar mənlə intriqa aparırdı. Mən heç vaxt onların adını çəkməmişəm. Çünki onlara sənətkar kimi böyük hörmətim var idi. Sadəcə olaraq, onlar sənətə yeni gələn gəncləri qəbul etmək istəmirdilər.

- İntriqalara baxmayaraq neçə il bu sənət ocağında çalışdınız?

- Akademik Milli Dram Teatrında məni heç aktyor ştatına da götürmədilər. Sonra elə oldu ki, Gənc Tamaşaçılar Teatrına gəldim. Bu teatrda da əvvəllər məni aktrisa kimi qəbul etmədilər, ilk işim tamaşaya baxan tamaşaçılara nəzarət etmək oldu. Deyirdim ki, nə olur-olsun əsas odur ki, teatrda olum. Halbuki, heç bir aktrisa özünə sığışdırıb teatrda bu vəzifədə işləməzdi. Hərçənd ki, o vaxtı artıq mən "Solğun çiçəklər" televiziya tamaşasından tanınırdım. Amma bu məşhurluğumdan heç bir vaxt istifadə etməmişəm. Fikirləşirdim ki, bir tamaşa oynamaqla sənətdə nəsə etmək mümkün deyil.

- Hazırda çalışdığınız Gənc Tamaşaçılar Teatrından razısınızmı?

- Əlbəttə ki, çox razıyam. Mən nə əldə etmişəmsə burada əldə etmişəm. Hörməti də, izzəti də burada qazanmışam. Şikayət etməyə qətiyyən haqqım yoxdur. Biz bir ailə kimi yaşayırıq.

- İstərdim sizi bir gecəyə məşhurlaşdıran "Solğun çiçəklər" televiziya tamaşasından danışaq. O məşhurluq sizinlə tamaşaçılarınız arasında körpü saldımı?

- Tamaşanın uğurlu alınmasının bir neçə səbəbi var idi. Həm pyes, rejissor, həm də aktyor truppası və s.. Ağakişi müəllim həmişə deyir ki, burada 3 rol - Pəri, Bəhram və Sara rolları tam yerinə düşmüşdü. Ən cavanı, demək olar ki, mən idim. Sənətə o zamanlar yeni başlamışdım. Bütün kollektiv tamaşanın uğurlu alınması üçün əlindən gələni edirdi. O ki qaldı məşhurluğun tamaşaçılarla mənim aramda saldığı körpüyə, mən elə o vaxtı da, indi də tamaşaçılara yaxın olmuşam. Camaatın arasında olmağı çox sevirəm. İncəsənət adamları xalqa məxsusdur. Mən metrodan, avtobusdan istifadə edirəm, maşınım yoxdur. Bəlkə elə ona görə də tamaşaçılara adi biri kimi görünürəm. Aktyorlarda müşahidə qabiliyyəti olmalıdır.

- Sizin dövrdə çətinliklə sənətdə yadda qalmaq var idi. İndikilər istəyirlər hər hansısa yollarla tanınsınlar.

- Bu, bir az sənətin dəyərini aşağı salır. Bu sənətdə yalandan nəsə etmək olmaz. Səhnədə nə edirsən zalda oturan tamaşaçı onu güzgü kimi görür.

- Özünüzə kənardan baxa bilirsiz?

- Mən həmişə özümə kənardan baxmışam, indi də baxıram. Həmişə də özümə tənqidi yanaşmışam. Həmişə evə gedəndən sonra oturub götür-qoy edirəm. Özümə qarşı hədsiz dərəcədə məsuliyyətliyəm. Tamaşaçını aldada bilmərəm.

- Artıq saat 10-dur. Bundan sonra evə gedib məişət işləri ilə məşğul ola biləcəksiz?

- Bəli, ev işlərimi özüm görürəm. Məişət işlərindən zövq alıram. Evimin həm xanımı, həm də nökəriyəm. Anam da həmişə belə olub. Həkim idi deyə elə olurdu ki, gecə də onu xəstəxanaya xəstəyə baxmağa aparırdılar. Gecə gedib səhər gələn vaxtları da olurdu.

- Sizi dəfələrlə tamaşadan sonra həyat yoldaşınız, xalq artisti Ağakişi Kazımovun qarşıladığını görmüşəm. Bu gün də gələcək?

- Bəli, bəzən gəlib məni axşamlar qarşılayır. İndi özüm icazə vermirəm, çünki ayaqları ağrıyır. Hazırda o, həm teatrdan, həm də universitetdən çıxıb.

- Həyat yoldaşınız bir rejissor kimi sizin üçün tamaşa hazırlayıb?

- 2 ildir biz birlikdə bir mono tamaşa üzərində işləyirik. 2 həftədir ki, yenidən quruluşa başlamışıq. Elə bir obrazdır ki, istəmirəm tələsik olsun. Mənim çoxdankı arzum idi ki, Ağakişi müəllimlə birgə tamaşa hazırlayaq.

- Bir aktrisa kimi sizdən razı qalır?

- Bu tamaşanı başlayanda təzə-təzə razı qalmırdı, amma indi çox razıdır. Mən 10 ilə yaxındır ki, onunla çalışmırdım. Artıq onun iş prinsipini unutmuşdum. Ağakişi müəllimlə işləmək mənə fərəh gətirir.

- Sənətkarın xanımı olmaq çətindir?

- Sizə bir şeyi etiraf edə bilərəm?

- Təbii...

- Mən, həqiqətən də, fəxr edirəm ki, belə bir insanın yanındayam. Hiss edirəm ki, arxamda dağ dayanıb. Ona özümü arxa hiss edirəm. Mən nə əldə etmişəmsə, hamısı onun adı ilə bağlıdır.

- Sizcə, sevginin yaşı olur?

- Xeyr, mənə elə gəlir ki, olmur. Mən, həqiqətən, bu insanı çox sevirəm. Bu sevginin qarşısında cümlələr aciz qalır.

- Neçə ildir ki, bir yerdəsiz?

- 30 ildir ki, bir-birimizi tanıyırıq, amma 10 ildir ki, ailə həyatı qurmuşuq. Biz indi də bir-birimizlə söhbət etməkdən doymuruq. Evdə olmayanda bir-birimizin yolunu həsrətlə gözləyirik.

- Yaş fərqinə görə qınaq gördünüz?

- Əvvəl bir az buna görə qınandım, bəlkə də elə ona görə ailə qurmağımıza gec razılıq verdim. Bəlkə də 30 il əvvəl evlənsəydik, hər şey başqa cür olardı. Bu da bir qismətdir. Mənim ona həm sənətkar, həm də bir ailə başçısı kimi böyük hörmətim var.

- Bəlkə də övladınız olsaydı, hər şey tam başqa cür olardı. Heç buna görə peşmançılıq çəkdiniz?

- Təbii ki, övlad olsaydı, yaxşı olardı. Mən demirəm ki, istəməmişəm. Sadəcə olaraq, onun da səbəbləri olub. Özümü buna rəğmən çox xoşbəxt hiss edirəm. Övladı olmayan tək mən deyiləm ki. Bəzən ona qulluq edəndə hiss edirəm ki, həm oğluma, həm ərimə qulluq edirəm. Bəlkələr həyatımızda çoxdur, amma həqiqət budur.(milli/az)

OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...