Xalq artisti: Həkimlərin səhvinə görə ölə bilərdim - VİDEO

Xalq artisti: Həkimlərin səhvinə görə ölə bilərdim - VİDEO
Xalq artisti Naibə Allahverdiyevanın halı qəfildən pisləşib.

Bu barədə oxu.az-a açıqlamasında N.Allahverdiyeva özü məlumat verib. O, immunitetini gücləndirmək məqsədilə xəstəxanada tibbi yardım aldığını, bundan sonra halının lap pisləşdiyini deyib.

"Narahatlığım qulağımda səslərin olması idi. Təzyiqim gah qalxırdı, gah da enirdi. İmmunitetimi gücləndirmək üçün müalicəyə ehtiyac var idi. Bu səbəbdən klinikaya üz tutdum. Həkimlər intrevenöz (sistem) dərmanlar vurdular. Onlar isə mənə əks təsir göstərdi. Bir neçə saatlıq müalicədən sonra evə gəldim.

Evə gələr-gəlməz vəziyyətim qəflətən pisləşdi. Klinikada həkimlər səhvlərini boyunlarına almırlar. Həkim tibb bacısının, tibb bacısı da həkimin boynuna atır. Özümə gəldikdən sonra bunun üstünə düşüb, araşdırma aparacağam ki, kimin səhvidir.

Biri deyir, reaksiya gedib bədənində, biri deyir, düz vurmayıblar iynəni, biri deyir, bir iynənin içində olan dərman digərinə qatılıb daha sonra vurulmalı idi. Səhhətimin getdikcə daha da pis olduğunu gördükdə, təcili yardım çağırdım. 

Məni Toksikologiya Mərkəzinə apardılar. Orada mənə müxtəlif dərmanlar, iynələr vurdular. Çünki belə olduğu zaman insan komaya düşüb, ölə bilər. Sağ olsun həkimlər, mən sanki yenidən doğuldum. İndi çox zəifəm. Özümü hazırda halsız hiss edirəm. Ağrılar var bədənimdə. Bu ağrılar heç vaxt yox idi”.

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...