Xaliq Hüseynov: \"MƏNİM MÖVQEYİM – YARAT! - FOTOLAR

Xaliq Hüseynov: \
 
MƏNİM MÖVQEYİM – XİDMƏT ET! - Əsas devizim, həyat prinsipim, hələlik təkcə vətəndaşlıq mövqeyim.Etimadınızı qazandığım təqdirdə deputat olaraq qarşıma qoyduğum məqsəd, hər zaman istinad edəcəyim iş prinsipim!
 
Elə bu tezislə ərazidə olan hər bir sakinin qapısını döyməyə davam edirəm. 21 yanvar üçün gördüyümüz işlərin təfsilatı."
 
Deputatlığa namizəd Xaliq Hüseynovun seçicilərlə görüşləri davam edir. Namizəd olduğu 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin ərazisi hər 2 rayonun müəyyən ərazisini  əhatə etdiyi üçün hər iki ərazi üzrə görüşlər keçirilməkdədir.
 
Dünən Nərimanov rayonu Ə.Əliyev küçəsində 2 müxtəlif  mənzildə görüş keçirildi. İlk öncə Keşlə bazarının arxasındakı məhəllədə qonaq olan namizəd, vətəndaşlara daha yaxın olmaq, daha isti ünsiyyət üçün yolunu birbaşa Keşlə bazarından saldı. Bazar ticarətçiləri ilə söhbətləşən Xaliq doktor, məhəlləyə də elə bazarın içindən keçib getdi.
 
Görüşdə məhəllənin aztəminatlı, şəhid ailələri, problemi olan vətəndaşlar iştirak etdilər. Hər bir sakinin problemini diqqətlə dinləyən Xaliq Hüseynov, platformasında bütün  bu  sahələrə diqqət ayırdığını bir daha xatırlatdı.
 
Daha sonra digər bir məhəllədə - el arasında "Çermet" məhəlləsi kimi tanınan qəsəbədə qonaq olan namizədin başına yenə xeyli sakin toplaşdı.O seçicilərinə söz verdi ki, seçildiyi təqdirdə qonaq olduğu hər bir  mənzili, hər bir sakini mütəmadi ziyarət edəcək, qeydiyyata alınan hər bir problemi diqqət mərkəzində saxlayacaqdır. Seçicilər namizədlə ilk tanışlıqdan məmnun qaldıqlarını bildirib, bir çox problemlərini, üzləşdikləri cətinlikləri namizədin diqqətinə çatdırıb,  Xaliq doktora uğurlar arzuladılar.Qərargahın hər gün yenilənən təbliğat planı öz ahəngi ilə davam edir.
 
Sizin inamınız sizin səsinizlə  sizin QƏLƏBƏYƏ doğru yola davam. Bizi izləyin.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...