WTI neftinin qiyməti bahalaşır, Brent isə ucuzlaşır

WTI neftinin qiyməti bahalaşır, Brent isə ucuzlaşır

 

Analitiklər bildirir ki, qiymətlərin 40 dollardan aşağı düşməsi problem yaradacaq.

Dünya bazarlarında neftin qiyməti açıqlandı.

Bu barədə hərracların son nəticələrinə istinadən xəbər verlir.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,56% azalaraq bir barelə görə 42,46 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,12% bahalaşaraq 41,60 dollar təşkil edib.

Dünən səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 42,65 və 41,05 dollara satılırdı.

Analitiklər isə bildirir ki, neftin qiyməti bir barelə görə, 40-50 dollar arasında dəyişəcək, amma qiymətlərin 40 dollardan aşağı enməsi isə problem yaradacaq. 

Qeyd edək ki, BP, "Royal Dutch”, "Shell”, "Total” kimi iri neft şirkətlərinin gəlirləri cari ilin ikinci rübündə neftin qiymətlərinin aşağı olması fonunda kəskin azalıb.


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...