Texnologİya

"WhatsApp"ın təsisçisinin 19 milyardlıq peşmanlığı - "İstifadəçiləri satdım..."

Dünyanın ən böyük messencer platforması "WhatsApp”ı 2009-cu ildə Jan Kumla birgə təsis edən Brayan Akton yaratdığı şirkətdən öz istəyi ilə ayrılmasından 1 il sonra səssizliyi pozub.

Sfera.az xəbər verir ki, "Forbes”a müsahibə verən Barayan Akton 2014-cü ildə "WhatsApp”ı 19 milyard dollara "Facebook”a satması ilə bağlı suallara cavab verib.

"O gün istifadəçilərimin məxfiliyini satdım... Hər gün bu qərarın ağırlığını hiss edirəm” – o, belə deyib.

Akton bu ilin əvvəli baş verən "Cambridge Analytica” qalmaqalından sonra "Twitter”də başlayan "Facebook’u Sil” (#Delete Facebook) kampaniyasına dəstək vermişdi.

"Facebook”un yaradıcı Mark Zukerberq başda olmaqla şirkət idarəçiləri ilə fikir ayrılığı olan Akton "Onlar biznes adamlarıdır. Ancaq mənim qəbul etmədiyim bir sıra iş praktikasını, əsaslarını, əxlaqını və siyasəti təmsil edirlər”, - deyib.

Dünya miqyasında 1,5 milyarddan artıq aktiv istifadəçisi olan "WhatsApp” istifadəçilərinin məxfiliyi ilə bağlı Akton bunları söyləyib:

"İstifadəçilərin məxfiliyini daha böyük gəlir əldə etmək üçün satdım. Bir seçim etdim və hər gün bununla yaşayıram”.

2017-ci ilin sentyabrında 850 milyon dollarlıq aktivlərdən imtina edərək "WhatsApp”ı tərk edən Akton "Cambridge Analytica” qalmaqalı ilə bağlı 2018-ci ilin martında ""Facebook”u silmək vaxtıdır” tiviti yazmışdı.

2018-ci ilin may ayında "WhatsApp”ın digər təsisçisi Jan Kum da istefa verdiyini bəyan etmişdi.
 
Rəsul
Sfera.az


 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031