Texnologİya

"WhatsApp"ın qurucusundan gözlənilməz addım: "Facebook"u silin!"

İngiltərənin "Cambridge Analytica" adlı şirkətinin təxminən, 50 milyon "Facebook" profilindən məlumat toplayaraq həmin məlumatlardan ABŞ-dakı seçkilərin və Brexit referandumunun nəticələrinə təsir etmək üçün istifadə etməsi üzə çıxdıqdan sonra Mark Zukerberq çətin günlər yaşayır. 
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu baradə söz-söhbətlər yayılan kimi sosial şəbəkələrdə "Facebook"u silin!" kampaniyası başladılıb. 

Maraqlıdır ki, hazırda "Facebook"un tərkibində olan "WhatsApp"ın yaradıcısı Brayan Akton da kampaniyaya dəstək verib. 
 
Xatırladaq ki, "Facebook"un sahibi Mark Zukerberq "WhatsApp"ı 19 milyard dollara almışdı.
 
Lalə Nəsirova
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31