“WhatsApp”dakı bu funksiya \"Facebook\"a gəlir - Mark bunu etməyə məcbur qaldı

“WhatsApp”dakı bu funksiya \
"WhatsApp"ın əsas funksiyalarından olan mesaj silmə funksiyasından artıq "Facebook" istifadəçiləri də yararlana biləcək.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, "Facebook" bir müddətdir üzərində işlədiyi layihəni öz istifadəçilərinə yaxın günlərdə təqdim edəcək. Bu yenilik sayəsində "Facebook"un "Messenger"ı vasitəsilə göndərdiyimiz səhv mesajları qarşı tərəf görmədən silə biləcəyik. Bəhs edilən funksiyadan əvvəllər yalnız Mark da daxil olmaqla, bir neçə rəhbər şəxs istifadə edə bilirdi. "Facebook"un bu addımı atmasını istifadəçilər 2014-cü ildən bəri gözləyirdi. 
 
"Facebook" şirkəti hazırda özünün ən ağır günlərini yaşamaqdadır. Belə ki, "Facebook" istifadəçilərinin hesablarının izlənilməsi və bunun seçki kampaniyasında istifadə edilməsi milyonlarla şəbəkə istifadəçilərinin öz hesablarından imtina etməsinə gətirib çıxardı. "Facebook"un qurucusu Mark Zukerberq və rəhbər şəxslər çıxış yolunu yeni funksiyaların tətbiqində görür. 
 
 
Şükufə Süleymanlı
Sfera.az

OXŞAR XƏBƏRLƏR