“WhatsApp”da yeni funksiya: Fayllar avtomatik silinəcək

“WhatsApp”da yeni funksiya: Fayllar avtomatik silinəcək
"Android”lər üçün "WhatsApp”da yeni funksiya istifadəyə veriləcək.

"WABetaInfo” portalı məlumat verir ki, tezliklə yalnız bir dəfə baxa bilmə funksiyası olan faylları göndərmək mümkün olacaq.

Belə ki, istifadəçilər artıq "Bir dəfə bax” işarəsi ilə mesaj göndərə biləcəklər.

Alıcı şəkil və ya videonu qəbul edib bağladıqdan sonra həmin fayl yazışmadan silinəcək.

Eyni zamanda, həmsöhbətin göndərdiyi birdəfəlik baxış üçün nəzərdə tutulan foto və ya videonun ekran görüntüsünü çəkmək də mümkün olacaq.

Bu funksiya ilk olaraq messencerin "Android” platformasında işə salınıb ​​və daha sonra "iPhone” istifadəçiləri üçün təqdim ediləcək. /Oxu.az
 
 

OXŞAR XƏBƏRLƏR