Texnologİya

WhatsApp-da yanlış - Bu funksiya düzgün işləmir - VİDEO

WhatsApp-da yanlış - Bu funksiya düzgün işləmir - VİDEO
 WhatsApp sosial şəbəkəsində ''məkan yeri'' funksiyası istifadəçilər tərəfindən geniş istifadə olunur. Amma bir sıra hallarda bu funksiyadan istifadə edənlər gedəcəkləri ünvanlarla xəritədə göstərilən ünvanlar arasında fərqin olduğunu deyirlər.

Yəni istifadəçiyə başqa bir istifadəçi tərəfindən WhatsApp-da olduğu məkanın ünvanı atılır, həmin şəxs isə göstərilən ünvandan bir neçə yüz metr başqa ünvana gedir. Bu isə vaxt itkisinə səbəb olur. Bəs azərbaycanda bu funksiyanın düzgün işləməməsinə səbəb nədir? Sualımızı ekspertlər cavablandırıb.

Son vaxtlar Azərbaycanda WhatsApp proqramında olan ''Canlı məkan'' funkasiyasından istifadəyə marağ artıb. Olduğun ünvanı ''məkan yeri'' funksiyası ilə istənilən şəxsin WhatsApp nömrəsinə atmaqla ona ərziyə necə gələcəyini bildirmək olur.

Məsələ burasındadır ki, bir sıra hallarda bu funksiyadan istifadə edən bəzi vətəndaşlar proqram təminatında olan ünvanların bir çox hallarda səhv göstərildiyini bildirirlər.

İnformasiya texnologiyaları üzrə ekspert Oruc Mustafayevin sözlərinə görə, WhatsApp-da olan ''Canlı məkan'' funksiyası birbaşa ''google map''a bağlanır. Yəni ünvan həmin xəritədə göstərilir. Bir çox hallarda bu funksiyadan istifadə edərkən ünvanın səhf göstərilməsinə səbəb isə yeni salınan yolların, küçələrin, eləcədə qəsəbələrin həmin xəritəyə əlavə olunmamasıdır.

Bəs Azərbaycanda bu funksiyanın göstərişi zamanı yaranan problem necə həll edilə bilər?

Qeyd edək ki, bu funksiyadan Avropada daha geniş şəkildə istifadə olunur. Azərbaycanda isə hazırda daha çox insanlar öz aralarında bəzən də taksi çağırarkən istifadə edirlər.
 

(xəzərxəbər)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031