İdman

“Vüqar Həşimov” klubu yaradıldı: İlk yarışına Monteneqroda çıxacaq

“Vüqar Həşimov” klubu yaradıldı: İlk yarışına Monteneqroda çıxacaq

Vüqar Həşimov Şahmat Fondu mərhum şahmatçının adını daşıyan klub təsis edib.

Sfera.az xəbər verir ki, oxu.az-a verilən məlumata görə, "Vüqar Həşimov” klubu ilk dəfə Monteneqroda klublararası Avropa Kubokunda mübarizə aparacaq.  

 

Sərxan Həşimovun rəhbəri olduğu komandada üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Vüqar Əsədli, Ülvi Sadıqov, beynəlxalq usta Anar Allahverdiyev, 14 yaşlılar arasında dünya çempionu Aydın Süleymanlı, beynəlxalq usta Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa çıxış edəcək. 

Qeyd edək ki, Anar Allahverdiyev klubda oynayan məşqçi olacaq. 9-17 noyabrda keçiriləcək yarış yeddi turdan ibarət olacaq.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930