Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir”

Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir”
 
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 27-də dördüncü,
sonuncu görüşünü Bala Bəhmənli sakinləri ilə keçirib. Açıq havada toplaşaraq Vüqar Bayramovu
gözləyən kənd sakinləri onu alqışlarla qarşılayıblar.
Vüqar Bayramov Vətənin hər qarışının onun üçün doğma olduğunu, 84 saylı seçki dairəsinin hər
bir seçicisinin problemini öz problemi hesab etdiyini bildirib: "Parlament seçkilərində məni Füzuli
rayonunda doğulmuş dünyaca məşhur elm adamları, akademiklər, professorlar dəstəkləyirlər.
Akademiklər - Hətəm Quliyev, Əli Nuriyev, Akif Musayev, professorlar - Şəfa Əliyev, Fazil Hacıyev,
Qalib Hüseynov. Bu, mənim üzərimə əlavə məsuliyyət qoyur, məsuliyyətimi birə beş artırır. Sizin
seçiminiz isə məsuliyyətimi daha da artıracaq. Bu dəfə artıq bütün seçicilərimin ümidini doğrultmağa
çalışacağam, onların inamlarının zədələnməməsi üçün bütün varlığımla seçicilərimə və ölkəmə xidmət
edəcəyəm. Sizin səsiniz mənim məsuliyyətimdir!”
Sonra Vüqar Bayramov seçiScilərin fikir və rəylərini dinləyib, onlarla səmimi söhbət edib.

OXŞAR XƏBƏRLƏR