“Vosmoy” bazarındakı yanğınla bağlı nazirlik açıqlama yaydı- FOTO/VİDEO

“Vosmoy” bazarındakı yanğınla bağlı nazirlik açıqlama yaydı- FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi Vosmoy bazarında başlayan yanğınla bağlı açıqlama yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək. 

***********************************************************
"Yeni Sabah”ın hadisə yerində olan əməkdaşı bildirir ki, yanğın 8-ci kilometr (Vosmoy) bazarında başlayıb. 

Hadisə yerinə yanğınsöndürənlərin cəlb olunmasına baxmayaraq, yanğn daha da şiddətlənib.
 



OXŞAR XƏBƏRLƏR