\"Volkswagen\" minlərlə insanı işdən çıxaracaq
21:25 / 13.03.2019
4075
"Volkswagen" avtomobil şirkəti avtomatlaşma səbəbindən 2023-cü ilə qədər 5-7 min insanı işdən çıxaracaq.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, şirkətin 2019-2023-cü illərə dair planlarında nəzərdə tutulur. Qeyd olunur ki, çıxarılan işçilərin yerinə yeniləri götürülməyəcək.
Həmçinin şirkət digital mərhələyə keçidi sürətləndirmək məqsədilə 2019-2023-cü illər arasında 19 milyard avroluq investisiya qoyulacağını da açıqlayıb. Sərmayənin şirkətin öz maliyyə qaynaqlarından ayrılacağı bildirilir.
Bunun üçün şirkət xammal qiymətlərinin aşağı salınması, zavodlardakı emalın artırılması və gəlirlərin yüksəldilməsini planlaşdırır.