Vladimir Putindən Nikol Paşinyana rədd cavabı
14:30 / 19.09.2019
992
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.
Sfera.az bildirir ki, bunu Ermənistanın "168 jam” saytı yazıb.
"Putin ikitərəfli görüş təklifini rədd etdi” başlıqlı yazıda bildirilib ki, oktyabrın 2-də Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etmək üçün Yerevana səfər edəcək V.Putin orada bir-iki saat qalacaq, tədbirdə iştirak edib, ölkəsinə qayıdacaq.
O da qeyd olunun ki, Rusiya Prezidenti hətta rəsmi şam yeməyinə belə qatılmayacaq: "Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”, - deyə yazıda bildirilib.