\"Viski\" əməliyyatının tələbə qurbanı barədə YENİ XƏBƏR

\

Bakıda keçirilən saxta spirtli içki əməliyyatında saxlanılan tələbə İsmayıl Talıblı ilə bağlı oxuculara məlumat vermişdik. Bu gün isə onun atası Nazim Talıbovun müraciəti əsasında apelyasiya məhkəməsi baş tutub.

Sfera.az xəbər verir ki, proseslə əlaqədar Nazim Talıbov Lent.az -a danışıb:

"Apelyasiya məhkəməsi təzəcə bitib. Qapalı keçirildiyi üçün məni içəri buraxmadılar. Müstəntiq, prokuror, hakim və oğlum iştirak edib. Hazırda məhkəmənin cavabını gözləyirəm”.

N.Talıbov həmçinin yeni ombudsman Səbinə Əliyevanın problemlə yaxından maraqlandığını və ona təşəkkür etdiyini də bildirib:

 

"Ombudsman Səbinə Əliyevaya təşəkkür edirəm. Keçən həftə Milli Preventiv Qrupun əməkdaşları təcridxanaya gedib oğlumla şəxsən görüşüblər. İsmayıl olanlar barədə əməkdaşlara ətraflı məlumat verib. Ombudsman da məsələmizlə bağlı aidiyyatı orqanlara müraciətini ünvanlayıb və deyir ki, göndərilən müraciət icra olunur. Yanvarın 10-da keçirilən 1-ci instansiya məhkəməsi oğlumun bu şəxslərlə əlbir olduğunu və bəraət alıb çıxacağı təqdirdə onların törətdiyi əməli təkrarlayacağını ehtimal edib. Axı xəstəlikdən əziyyət çəkən və illik təhsil haqqını ödəmək üçün gecələr işləyən bir gəncin belə ehtimalla tutulması nə dərəcədə doğrudur? Oğlum artıq bu semestr iki imtahana daxil ola bilməyib. Universitetdən bildiriblər ki, İsmayıl azadlığa çıxandan sonra gəlib imtahanın verə bilər”.





OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...