\"Virusla Mübarizəyə Dəstək Fonduna pul köçürməyə hazırıq\" - Ramin Əhmədov

\
 "Yeni növ koronavirus dünyanı cənginə alıb. Mükəmməl iqtisadi sistemə malik olan dövlətlər bu virusla mübarizədə böyük çətinliklərlə üzləşirlər. Çünki ilk aylarda bir çox dövlətlər virusla düzgün mübarizə metodları seçmədilər. Amma Azərbaycanda virusun yayılmasının qarşısı almaq üçün bütün zəruri tədbirlərə vaxtında əl atıldı. Koronavirusla mübarizə məqsədi ilə təhsil müəssisələri bağlandı, xüsusi rejim tətbiq olundu və Bakıya giriş-çıxışda xüsusi qaydalar elan edildi. Həmçinin ölkə başçısı İlham Əliyev virusla mübarizəyə əvvəlcə 10 milyon, daha sonra 20 milyon manat pul ayırdı, virusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqında sərəncam imzaladı. Həmçinin prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı 1 milyard manat pul ayırıb. Görülən tədbirlə sırasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını xüsusi qeyd etmək lazımdır”.

Sfera.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov prezident İlham Əliyevin koronavirusla mübarizəyə dəstək məqsədilə Fondun yaradılmasından danışarkən deyib.

Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması yerində verilən qərardır: "Fərmanda da qeyd edildiyi kimi, dünyada yayılan yeni növ koronavirusun yaylma arealının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu zərurətdən irəli gələn bütün tədbirlərə mütləq şəkildə dəstək verilməli, sosial həmrəylik nümayiş etdirməliyik. Bu təhlükədən ən az itki ilə çıxmağın yeganə yolu dövlət-vətəndaş birliyidir. Vətəndaş dövlətin müəyyən etdiyi qaydalara riayət etməli, özünün və yaxınlarının sağlamlığı naminə qaydaları pozmamalıdır. Ölkəmizdə koronavirusla mübarizə dünyanın aparıcı dövlətlərinə nümunə olacaq dərəcədə yaxşı təşkil olunub. Fondun yaradılması ilə bağlı imzalanan fərman isə dünyaya virusla mübarizənin ən mükəmməl təqdimatıdır”.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürəcəyini deyən Ramin Əhmədov bildirib ki, imkanı olan hər bir azərbaycanlı dövlətin bu təşəbbüsünə dəstək olmalıdır: "Bu fonda imkanı olan hər bir azərbaycanlı dəstək olmalıdır. Mən də öz növbəmdə bank hesabı açılan kimi Fonda pul köçürəcəm. Belə həssas məqamda var gücümüzlə dövlətin yayında olmaq hər birimizin borcudur. Cənab Prezidentin də dediyi kimi, indi hər kəsdən həmrəylik və məsuliyyət tələb olunur”. (missiya.az)

OXŞAR XƏBƏRLƏR

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...