Vilayət Eyvazov Samir Məcidovu rəis təyin etdi
Cəmiyyət
20:26 / 15.01.2021
4634
Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.
Sfera.az-ın məlumatına görə Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Samir Məcidov Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin yeni rəisi olub.
O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.