Cəmİyyət

Vilayət Eyvazov polkovnikin yerinə yeni rəis təyin etdi

Vilayət Eyvazov polkovnikin yerinə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Tərxan Əhmədov Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinə yeni rəis təyin olunub. O, bundan əvvəl Səbail rayonu 39-cu Polis Bölməsinin rəisi işləyib.

Məlumat DİN-in mətbuat xidmətindən saytımıza təsdiq edilib. 

Qeyd edək ki, BŞBPİ-nin İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polkovnik Əlaslan Ağayev dünən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031