Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək
Milli Məclisdə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik hesabatının müzakirəyə çıxarılacağı tarix məlum olub.

Sfera.az bildirir ki, hesabat parlamentin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasda hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.(olke.az)

OXŞAR XƏBƏRLƏR