Vilayət Eyvazov Əmr İmzaladı
15:42 / 03.10.2019
1968
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.
Sfera.az Reporta istinadla bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur.