Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə VERDİ
10:00 / 02.06.2020
1884
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilib.
Sfera.az "Bakupost”a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.
M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.
Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək.