Vidadi İsgəndərlinin xatırlamaq istəmədikləri: Qızı zorlaması, satqınlıq, əyyaşlıq və...
14:14 / 18.12.2018
3346
Şərin, böhtanın, yalanın miqyası və dövriliyi böyüdükcə təəccüb
azalmalıdır. Məntiq bunu deyir amma...
Radikal müxalifətin "Avropa çıxıntısı” hesab edilən antimilli
mühacirlərin, xüsusilə Vidadi İsgəndərlinin təqdimatındakı yalan və böhtanlar təəccüb
gücünü nəinki itirmir, hətta hər gün təəccübləndirməkdə davam edir. Adam
dayanmadan necə yalanlar ifraz edə bilər, hətta bugünkü yalan dünənkini təkzib
etsə belə eyni şövqlə necə davam edə bilər? Bu şər makinası önündə heyrətlənməmək
mümkünsüzdü, adamın həyasızlığı sərhəd tanımırmış.
Başqa vaxt Azərbaycan hakimiyyətinə, eləcə də polisinə kin
püskürürsən, Vidadi İsgəndərli...İddia edirsən ki, hakimiyyət atanın qəbrinin təhqir
olunmasını araşdırmaqda maraqlı deyil. Doğrudan da iddia etdiyin kimi bu məsələnin
obyektiv araşdırılmasına mane varsa və yenə iddia etdiyin kimi bu işi dayım
uşaqları həyata keçiribsə, sənin olmayan məntiqinlə onlar nəinki polisə
çağrılmamalıydı, əksinə ciddi cəhdlə qorunmalıydı.
Bu məntiqin gəldiyi nəticədir. Məntiq faktı doğurur, o faktı
ki, həmişə olduğu kimi yenə yalan ifraz edirsən, yenə ənənəvi ampluandasan, yenə
kin qusursan.
Bu sətirləri yazarkən bəzi nüansları xatırlayıram. Vidadi
İsgəndərlinin hüquq mühafizə orqanlarından kənarlaşdırıldığı çox da uzaq
olmayan keçmişi. O keçmişi ki, indi Vidadi İsgəndərli ciddi cəhdlə ört-basdır
etməyə çalışır. O keçmişi ki, utanılacaq məqamlarla zəngindi. O zaman Vidadi
İsgəndərli haqda mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları izləyirdim.
Bir dəfə facebook akauntunda onun bir qızı zorlaması ilə bağlı status gördüm.
Daha sonra bununla bağlı indi üzərində geniş dayanmaq istəmədiyim bəzi təfərrüatlar
da açıqlandı. Və Vidadi İsgəndərliyə antipatiyam beləcə başladı. Bu antipatiya
məndə onun ifşa olunmasına xüsusi bir meyl yaratmışdı və beləcə, mən onu ifşa
etməyə çalışdıqca o da öz növbəsində məni ləkələmək üçün şər-böhtan
kampaniyasına başladı. O məni daha nələrdə ittiham etmədi ki...
Vidadi İsgəndərli, sənin yaşının o vaxtıdır ki, indi atana rəhmət qazandırmalısan. Daha kimdən xoşun gəlmirsə, kimə "ilişmək” istəyirsənsə onu hədəf götürüb "atamın qəbrini o təhqir edib” deyə gündə bir yalan uydurmamalısan. Avropalı ağalar maliyyənizi azaldıbsa, daha qrantlar əvvəlki intensivliklə verilmirsə? bunun günahkarı mən deyiləm. Buna görə heç rəhmətlik atanın ruhunu da narahat etməyə dəyməzdi…
Vidadi İsgəndərlinin üstündən illər keçəndən sonra
xatırlamaq istəmədiyi bəzi şeyləri də xatırlayıram. Məsələn onu ki, Vidadi İsgəndərli
2003-cü ilin məlum mitinqləri zamanı tutulan gənclərə işgəncə verən ən qəddar
müstəntiq kimi ad qazanmışdı. İndi isə Avropada oturub Azərbaycana demokratiya
gətirəcəyindən dəm vurur. Başa düşən üçün ayıbdır, amma gərək baş ola…
Başqa məsələləri də xatırlatmaq olar İsmayıllıda müstəntiq
olduğun dövrdə toyuq oğrusuna 9 il iş istəməyin, içib İsmayıllı meşələrində
yatıb qalmağından tutmuş, böyük rüsvayçılıqlarla müşaiyyət olunmuş əyyaşlıqlarına qədər. Milliyyətcə qaqauz
türkü olan qızı zorlamağın isə tərcümeyi-halının ən böyük ləkələrindəndir.
Unutma: Sən və orduxanlar hər zaman Azərbaycan xalqına
yad olub. Çünki sənin kimi şərəf və ləyaqətini itirmişlər pul və sərvət üçün
dövlətini, Vətənini satanlardır. Necə ki, Tural Sadıqlı və Məhəmməd Mirzəli 80
min evro üçün bir-birlərinə girib, bir-birlərinin valideyinlərini təhqir
edirdi. Sən də, Orduxan da, Emin Millli və Emin Hüseyinli kimi Ölkənizi, Ana vətəninizi
qrantlara satdınız…
Unutmayın ki, xalqımızın sizin kimi Vətən xainlərinin Azərbaycana
gətirmək istədiyi "demokratiya”ya ehtiyacı yoxdur. Gedin, özünüzə başqa bir məşğuliyyət
tapın.
Emil Məmmədov
Sfera.az