Siyavuş Novruzov: \"Siyasətdə əxlaqsızlıq etmək olmaz!\"

Siyavuş Novruzov: \
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov hazırda Fransada yaşayan Vidadi İsgəndərlinin atasının Göyçaydakı məzarının təhqir olunması məsələsinə münasibət bildirib.
  
S.Novruzov Sfera.az-a müsahibəsində deyib ki, Vidadi İsgəndərli Azərbaycan xalqını təhqir etdiyi üçün bir qrup gənc ondan intiqamını bu cür almağa çalışıb:

"Gərək hər bir insan mübarizəsini kişi kimi aparsın. Daha ayrı-ayrı insanların şəxsi həyatını, ailəsini və qohumlarını öz çirkin mübarizəsinə şərik etməməlidir. Bu etik normalara sığmayan hərəkətdir. Siyasi mübarizəni belə kişi kimi aparmaq lazımdır! İndi qaçıb Avropada gizlənmisən deyə, insanların ailəsi və övladları haqqında çirkin, əxlaqsız və yalan fikirlər söyləməlisən? Axı sənə kim ixtiyar verir ki, insanların şəxsi həyatlarını öz çirkin mübarizənə qoşursan? Belə olanda da bu cür xoşagəlməz nəticələr ortaya çıxır. Hər kəsin bir xasiyyəti var, birinin əsəbləri dözür, birinin isə dözmür. Vidadi İsgəndərli öz hərəkətlərinə fikir versəydi, Azərbaycan xalqını təhqir etməsəydi, o zaman nəticəsi də belə olmazdı. O, özünü xalqa qarşı doğru aparmadığı üçün belə hallar baş verir. Mən hər hansı anti-milli, dini və milli mentalitetə uyğun olmayan hərəkətlərinin əleyhinəyəm".

S.Novruzov siyasi mövqeyindən asılı olmayaraq, hər bir qanunazid əməl törətmiş şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparıldığını söyləyib:

"Vidadi İsgəndərlinin atasının məzarı ilə bağlı hüquq-mühafizə orqanları müvafiq araşdırmalar aparacaq. Ancaq həmin Vidadi İsgəndərli mütəmadi olaraq Azərbaycanın hüquq-mühafizə orqanları rəhbərləri haqqında da təhqiramiz ifadələr işlədir. O, təkcə hüquq mühafizə orqanları haqqında deyil, müxtəlif vəzifəli şəxslər, siyasi partiya rəhbərləri və ictimaiyyət nümayəndələri haqqında da olmazın fikirlər səsləndirir. Təbii ki, bütün bunlar onun tərbiyyəsinin və əxlaq səviyyəsinin necə olmasından xəbər verir”.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...