“Vidadi İsgəndərli kişi kimi mübarizədən çox uzaq adamdır” – Zahid Oruc

“Vidadi İsgəndərli kişi kimi mübarizədən çox uzaq adamdır” – Zahid Oruc
Artıq bir neçə gündür ki, Fransada yaşayan hüquqmüdafiəçisi Vidadi İsgəndərlinin atasının məzarlığının murdarlanması mövzusu gündəmdə əsas yer tutur.  Fransada yaşayan hüquqmüdafiəçisi Vidadi İsgəndərli iddia edirdi ki, Göyçaydakı məzarlıq müəyyən qüvvələrin sifarişi ilə murdarlandırılıb. Ötən gün məsələyə aydınlıq gətirmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra hakimiyyətindən Sfera.az-a bildirildi ki, həmin məzarlığa baş çəkilib, orada məzar daşının dağıdılması, yaxud da həmin ərazinin murdarlanması kimi hallarına rast gəlinməyib. 

Daha sonra yenidən videoya nəzər yetirərək onları müqayisəli təhlil etdik. Fotolardan məzarlıqlar arasında fərqlər açıq-aşkar görünürdü. Rayon İcra Hakimiyyətinin məlumatı, ortalığa çıxan müqayisəli təhlilin nəticəsi ilə Vidadi İsgəndərlinin yalanı üzə çıxdı.

Millət vəkili Zahid Oruc Sfera.az-a açıqlamasında Vidadi İsəndərli tərəfindən atılan bu addımların dövlət əleyhinə kampaniyanın tərkib hissəsi olduğunu deyib: 

"Vidadi İsgəndərlinin Avropadan Azərbaycana yağdırdığı həqarətlər şəxsi ada qarşı hücumlardan daha çox dövlət əleyhinə kampaniyanın tərkib hissəsidir. Vaxtı ilə II Dünya Müharibəsi dövründə də faşistlər müxtəlif millətlərdən olan casusları, satqınları ətraflarına yığaraq onlardan müxtəlif şəkildə istifadə edirdilər. Vidadi İsgəndərli bütünlüklə çirkab içindədir. Yaşadığı qadından, ikinci həyat yoldaşından doğulan övladını burada bir kənara ataraq özündən bir mələk obrazı formalaşdırmağa çalışır. Mənim aləmimdə bu şəxsləri rəqib belə görmək olmaz. Elə hesab edirəm ki, bu şəxslər son dövlər daha da fəal olmaq, təhqirlər yağdırmaqla düşünürlər ki, bu cür çirkab çəlləklərdən ölkəmizə "demokratiya" vəd edirlər. Bu adamlar səhərdən axşamadək bir qara qutudan bir fərdin tamaşasını canlandırırlar”.

Z.Orucun sözlərinə görə Orduxan Teymurxan, Vidadi İsgəndərli kimi bu cür şəxslərin məqsədi təhqirlər yağdırmaqla ölkədə gərginlik yaratmaqdır:
 
"Qurşaqdan aşağı mübarizənin heç zaman yaxşı nəticəsi ola bilməz. Mənəviyyata söykənməyən fəaliyyətin heç vaxt müsbət faydasını görə bilmərik. Əminəm ki, bu şəxslər yaxın zamanlarda qanun qarşısında cavab verəcəklər. Yalnız bu zaman biz onların real vəziyyətini görə biləcəyik: əzilmiş, yazıq qiyafətində. Əsl Vidadi İsgəndərli qiyafəti. Bu qiyafət onun keçdiyi çirkablı yolları və hazırkı vəziyyətini özündə ehtiva edəcək”. 

Z.Oruc Vidadi İsgəndərlinin sözlərinə görə, Vdadi İsgəndərli real mübarizədən kənar adamdır:
 
"Hesab edirəm ki, onlar bu yollara əl atmaqda, yalan, böhtan söyləməkdə misilsiz rekordlar qırıblar. Bu səbəbdən kiminsə onu təhqir etmək üçün atasının məzarlıqlarını murdarlaması iddiası qeyri-realdır. Vidadi İsgəndərli kişi kimi mübarizədən çox uzaq adamdır. Belə adamların cəzalandırılması üçün müxtəlif formalar işlənib hazırlanmalıdır. Onlar Avropa məkanında zibil qutuları, çirkab sularda eşələnənlərdir".

Nigar Məhərrəm
Sfera.az



OXŞAR XƏBƏRLƏR