Vidadi İsayevin gizli dünyası: xanım məmurlar, gizli otaq, videofakt və …

Vidadi İsayevin gizli dünyası: xanım məmurlar, gizli otaq, videofakt və …

Bərdə rayonunda baş verən qanunsuzluqlar, rayondakı məmur özbaşınalığı ilə bağlı ölkə mətbuatında mütəmadi olaraq məqalələr dərc olunur. Mütəmadi olaraq, qəzetlərdə və internet resurslarında icra başçısı Vidadi İsayevin müəllifliyi ilə reallaşan hansısa maliyyə maxinasiyası faş olunur. Bu günə qədər mediada işıqlandırılan faktlarla bağlı Bərdə Rayon İcra Hakimiyyəti nə tutarlı təkzib verə bilib, nə də yazılanların həqiqəti əks etdirmədiyini isbatlaya bilib. Bütün bunlar isə Bərdədə sözün həqiqi mənasında qanunsuzluğun tüğyan etdiyini düşünmək üçün əsaslar yaradır. Mediada yer alan və təkzib olunmayan məlumatlar əsasında cumhuriyyet.az olaraq Vidadi İsayevin Bərdədə reallaşdırdığı sərgüzəştləri ümumiləşdirmək qərarına gəldik.


İcra başçısının kabinetində saçyoldudu


Bir neçə ay bundan öncə Vidadi İsayevin kabinetində əməlli-başlı saçyoldu davası baş verib. Bu davanın iştirakçılarından biri Fəqət Şadlinskya, digəri isə icra hakimiyyətində şöbə müdiri postunda çalışan Zaur Bəylərovun qaynansının olduğu bildirilir. Bununla bağlı yayılan məlumatda bildirilir ki, icra başçısının xanım müavini şöbə müdirinin qaynanasını başçının otağından sürüyərək çıxartmaq istəyib. Lakin səs-küyün böyüdüyünü görən Vidadi İsayev Zaur Bəylərovun qaynanasını Fəqət xanımın əlindən zorla almağa müəssər olub.


"Ştatdankənar katibə”nin artan nüfuzu 


Bundan başqa cumhuriyyet.az olaraq bu günədək mediada yer alan məlumatlar əsasında bildirək ki, Zaur Bəylərovun qaynanası Vidadi İsayevin "ştatdankənar” katibəsi işləyir. Belə ki, şöbə müdirinin qaynanası üçün icra başçısının otağının yanında yeni bir otaq tikilib və "ştatdankənar” xanım katibə burada icra başçısı üçün yemək-içmək məclisi düzəldir. Digər məlumatda isə deyilir ki, şöbə müdirinin qaynanası başçının və icra hakimiyyətinə gələn şəxslərə nəzarət etmək üçün otağında manitor quraşdırıb. İcra başçısının kabinetində baş verən davanın da məhz "ştatdankənar” katibənin Vidadi İsayevin yanında nüfuzunun artmasından qaynaqlandığı iddia edilir.


"Sehirli disk” və gizli otaq


Onu da bildirək ki, sonrakı proseslər F.Şadlinskayanın üstünlüyü ilə gedib. Belə ki, icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavin postları ixtisar edilərkən xanım məmurun vəzifəsinə təhlükə yranıb. Amma deyilənə görə hansısa sehirli disk və ya video çəkiliş bu problemi həll edib. Bundan sonra Fəqət Şadlinskayanın icra başçısı ilə yaxınlığı Zaur Bəylərovun bir neçə gəlirli sahəni itirməsi ilə nəticələnib ki, bu da tərəflərin "müharibə” elan etməsinə səbəb olub. Ümumiyyətlə Bərdə rayon icra başçısı Vidadi İsyevin kabinetinin yanında ştatdankəran katibəsi üçün hansı səbəbə, marağa görə otaq tikdirməsi ilə bağlı müxtəlif söz-söhbətlər dolaşır.

P.S. Bərdə rayon icra hakimiyyətinin başçısı, onun qalmaqallı xanım məmurları və oğlu ilə bağlı məlumatlar bununla yekunlaşmır:
– Goranboyun Ağcakənd kəndindəki boş qalan bahalı villa və bu villa üçün Bərdədən daşınan materiallar;
– Ağcakənddəki villanın maliyyəçi qonşusu və müəmmalı görüşlər;
– İcra başçısının otağında çəkilən gizli çəkiliş;

– İsayevin qalmaqallı qonaqlığı;
– Rayon mədəniyyət idarəsinin "yükü” və İlyas Hacıyevin narazılığı;
– Yevlax və Tərtər kolleqaları ilə məclislər…
Bütün bunlar haqda daha ətraflı növbəti yazımızda….

Çingiz Coşqun, Cumhuriyyet.az

DİGƏR XƏBƏRLƏR

SFERA.AZ - ANALİTİK İNTERNET MEDIA

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Saytda yer alan informasiyadan istifadə etdikdə LİNK-lə istinad mütləqdir.

© 2012-2016