\"Vicdan haqqı\"nın Larisası: Oğlum əsgər getsin, uşaq dünyaya gətirəcəm

\
Oğluma deyirəm ki, 18 yaşında evlən.

Sfera.az
Milli.Az-a istinadən xəbər verir ki, bunu "Zaurla Günaydın" proqramında "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanınan aktrisa Çimnaz Sultanova oğlu barədə danışarkən deyib.

Aktrisa ilə bağlı maraqlı açıqlamanı aparıcı Günay edib:

"Mənə dedi ki, oğlum əsgər getsin, növbəti uşaq dünyaya gətirəcəm".

Çimnaz aparıcısnın sözlərini təsdiq edib. O, oğlunun atası ilə birgə Almaniyada yaşadığını da sözlərinə əlavə edib. Aktrisa həyat yoldaşı ilə hələ oğlunun 6 yaşı olarkən rəsmi olaraq ayrıldıqlarına baxmayaraq, dostluq münsaibətlərinin qaldığını qeyd edib.



 

OXŞAR XƏBƏRLƏR