Vəziyyət mürəkkəbdir, amma strateji valyuta ehtiyatları artır - ŞƏRH

Vəziyyət mürəkkəbdir, amma strateji valyuta ehtiyatları artır - ŞƏRH

Neft bazarlarında və qlobal iqtisadiyyatda mənfi tendensiyaların yaşanmasına baxmayaraq Azərbaycan 2020-ci ilin üçüncü rübündə də strateji valyuta ehtiyatlarının həcmini qorumağa nail olub. Pandemiyanın təsiri ilə ilin ikinci yarısından dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin azalması, xərclərinin isə artması müşahidə edilirdi.


Artan xərcləri ödəmək üçün Dövlət Neft Fondundan əlavə vəsaitin ayrılmasına qərar verilib. Avqsutda büdcəyə edilən dəyişikliyə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi 11,589 milyard manatdan 12,439 milyard manata qədər artırılıb. Xərclərin artması fonunda Neft Fondunun gözlənilən gəlirlərinin 12,38 milyard manatdan 7,83 milyard manata enəcəyi proqnozlaşdırılır. Proqnoz özünü doğruldarsa bu il Neft Fondunun cari gəlir və xərcləri arasında 4,4 milyard manat kəsir yaranmalıdır.

 

2020-ci ilin oktyabrın 1-nə olan məlumat göstərir ki, Neft Fondunun cari gəlirlərində ciddi azalma var. İlin yanvar-sentyabr ayları ərzində Fondun büdcə gəlirləri 6,593 milyard manat, büdcə xərcləri 9,046 milyard manat təşkil edib.


Cari gəlirlər azalsa da valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar gəliri 2,394 milyard manat olub. Nəticədə Fondun aktivləri 2020-ci ilin əvvəli (43, 323 milyard dollar) ilə müqayisədə 0,08%, yəni 35 milyon dollar azalaraq 43,288 milyard dollar təşkil edib.

 

Sfera.az bildirir ki, Dövlət Neft Fondunun aktivlərinin azalmamasının əsas səbəbi son illərdə yürüdülən investisiya siyasətinin düzgün olması ilə bağlıdır. 2015-ci ildən başlayaraq qızıla qoyulan sərmayənin artmasının pandemiya dövründə müsbət nəticələri görünür. Fondun mövcud aktivlərinin 14,4 faizi (6,186 milyard dollar) qızıla investisiyalardır. 2019-cu ildə qızıla 2,5 milyard dollar sərmayə edilib. Bu cür sərmayələrin faydasını 2020-ci ildə görürük. Belə ki, 2020-ci ilin ilk 9 ayı ərzində qızılın qiymətində ciddi artım olub. İlin əvvəlində bir troyan unsiyası 1500 dollar olan qızılın qiyməti oktyabrın 1-də 1900 dollara çatıb. Doqquz ay ərzində qızıl 26 faizdən çox bahalaşıb. Bu, dəyər ifadəsində 1,6 milyard dollardan çox artım deməkdir.

 

2020-ci ildə avronun bahalaşması da aktivlərə müsbət təsir göstərib. Neft Fondunun aktivlərinin 20,5 faizi və ya 8,815 milyard dolları avroda saxlanılır. İlin əvvəlindən avro dollara nəzərən 4,45 faiz yüksəlib. Artımın mütləq mənadə dəyəri 400 milyon dollara axındır.

 

Yalnız qızıl və avronun bahalaşması hesabına Neft Fondunun aktivlərinin büdcədənkənar gəlirləri 2 milyard dollardan çox artıb.

Digər bəzi valyutalar da dollara nəzərən yüksəlib.

 

Amma Dövlət Neft Fondunun bəzi aktivləri dəyər itirib. Dəyər itirənlər arasında səhmlər və daşınmaz əmlak var. Bu aktivlər dünyada tələbin zəifləməsi ilə əlaqədar ucuzlaşıb.

 

Ümumilikdə, Fondun düzgün investisiya siyasəti hesabına büdcədənkınar gəlirlər 1,5 milyard dollardan çox artıb. Məhz bu artım hesabına yanvar-sentyabr dövründə Neft Fondunun aktivləri demək olar ki, azalmayıb.

 

İlin 4-cü rübündə vəziyyət başqa cür ola bilər. Neft Fondunun cari xərclərinin daha çox olmasını nəzərə alsaq aktivlərdə azalma həcmi artacaq. Çünki dördüncü rübdə Fondun xərcləri 3 milyard manatdan az olmayacaq. Gəlirlər ən yaxşı halda bunun 2,2-2,5 milyard manatlıq hissəsini kompensasiya edəcək. Buna görə də ilin sonunda aktivlərin 500-1 milyard milyon manat azalması realdır.

 

Neft Fondunun aktivləri azalsa da strateji valyuta ehtiyatları azalmayıb. 2020-ci ilin oktyabrın 1-nə olan məlumata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 6,491 milyard dollar olub. Bu tarixdə ölkəmizin strateji valyuta ehtiyatları 49,8 milyard dollar təşkil edib. İlin əvvəlində Mərkəzi Bankın ehtiyatları 6,26 milyard dollar, strateji valyuta ehtiyatları 49,6 milyard dollar idi.

 

Deməli, iqtisadi çətinliklərə baxmayaraq ilin əvvəlindən bəri strateji valyuta ehtiyatlarının dəyəri 200 milyon dollara yaxın artıb. Dinamika göstərir ki, ilin yekununda strateji valyuta ehtiyatlarında azalma olacaq, lakin azalma gözlənildiyi kimi yüksək məbləğlə ifadə edilməyəcək.

 

 

 

Vasif

Sfera.az 

 


OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...