Cəmİyyət

"Vəzifəli şəxslərin keçdiyi yollarda..." - Millət vəkili Nəqliyyat Agentliyini "yıxıb-sürüdü"

"Vəzifəli şəxslərin keçdiyi yollarda…” – Millət vəkili Nəqliyyat Agentliyini "yıxıb-sürüdü”"Vəzifəli şəxslərin keçdiyi yollarda…” – Millət vəkili Nəqliyyat Agentliyini "yıxıb-sürüdü”

Fazil Mustafa Bakı Nəqliyyat Agentliyinin öz funksiyasını normal yerinə yetirmədiyini deyib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Fazil Mustafa BNA-nın fəaliyətini tənqid edib.

Millət vəkilinin sözlərinə görə, bu qurum öz funksiyasını normal şəkildə həyata keçirə bilmir:

"Təsəvvür edin ki, dayanacaqların yuyulması, piyada zolaqlarının çəkilməsi artıq BNA-nın funksiyasına daxildir. Ancaq təəssüf ki, qurum bu işləri həyata keçirmir. Təsəvvür edin ki, vəzifəli şəxslərin keçdiyi yollarda zolaqları çəkirlər, ancaq şəhərin başqa hissələrində bu işi görmürlər. Misal üçün, Sabunçunun heç bir küçəsində piyada zolağı çəkilməyib. Bu da piyada ölümləri ilə nəticələnən yol qəza hadisələrinə səbəb olur. Əslində gözləyirdik ki, BNA-nın funksiyaları genişləndirildikdən sonra bu işlər yüksək səviyyədə həyata keçiriləcək, ancaq gözləntilərimiz doğrulmur. BNA ancaq izləməklə, maşınların saxlanılması və cərimə yazmaqla məşğuldur. Hesab edirlər ki, bununla işləri bitir”.

Fazil Mustafa bildirib ki, qurum öz işinə yenidən baxmalı və fəaliyyətini düzəltməlidir.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031