Cəmİyyət

Vəzifə başında ölən azərbaycanlı məmurlar... - SİYAHI

Vəzifə başında ölən azərbaycanlı məmurlar... - SİYAHI
Ötən gün – iyunun 23-də Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Səhhətində ciddi problemlər olmasına baxmayaraq, mərhum nazir vəzifə postunu tərk etməmişdi.

Xatırladaq ki, Y.Camalov səhhətindəki ciddi problemlər üzündən vəzifə başında dünyasını dəyişən ilk yüksək çinli məmur deyil.

Sfera.az modern.az-a istinadən bundan öncə baş vermiş belə hadislərin qısa xronologiyasını oxucuların diqqətinə çatdırır.

Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu il aprelin 8-də 71 yaşında vəfat edib. O, öldüyü anadək nazir müavini işləyirdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov da vəzifə başında dünyasını dəyişən yüksək ranqlı şəxslər sırasındadır. O, bu il fevralın 18 vəfat edib.

Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatını da xatırlamamış olmazsınız. N.Əliyev ötən il iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra müalicə üçün Türkiyəyə aparılmışdı. Türkiyə "Florence Nightingale” klinikasına yerləşdirilən N.Əliyev 2017-ci il iyunun 8-də beyin insultu keçirmiş və dünyasını dəyişmişdi.

Arif Vəliyev Dövlət Statistika Komitəsinin (DSK) sədri vəzifəsini tərk etmədən ölmüşdü. O, 2014-cü il iyunun 23-də uzun sürən xəstəlikdən sonra vəfat etmişdi. A.Vəliyev 1993-cü ilin mayından ölən günə kimi həmin vəzifədə çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mərhum prezidenti, akademik Mahmud Kərimov 2013-cü fevralın 10-da ürəktutmasından dünyasını dəyişəndə elə himn postda çalışırdı. 65 yaşında vəfat etmiş M.Kərimov xüsusi təyyarə ilə Türkiyəyə aparılanda elə yoldaca keçinmişdi.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edəndə istirahətdəydi. O, 2017-ci il iyulun 7-də Qusar rayonunda dincələrkən ürək tutmasından dünyasını dəyişib.
AdRiver

XƏBƏR LENTİ