“Veysəloğlu”nun konfetindən qurd çıxdı - FOTOLAR

“Veysəloğlu”nun konfetindən qurd çıxdı - FOTOLAR
"Veysəloğlu” şirkətinin istehsal etdiyi məhsulun içərisindən qurd çıxdığı iddia edilir. 

Bu barədə məlumat yayan moderator.az saytı yazır ki, Mingəçevir şəhərində yaşayan sakinlərdən biri adı çəkilən mətbu orqanın redaksiyasına gödərdiyi fotolarda "Veysəloğlu Yaycılı Qardaşlar” MMC-yə məxsus olan "Sweet” konfetindən qurd çıxdığını bildirib.

"Şəhərdəki mağazalardan birindən aldığı konfeti gecə saatlarında çay içmək üçün açarkən şoka düşüb. Konfetin içində olan qurdları görüncə dərhal fotoları çəkərək redaksiyamıza ünvanlayıb. Vətəndaş bildirir ki, mağazadan alış-veriş edərkən tez-tez vaxtı keçmiş, xarab mallarla rastlaşır” – sayt yazır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hadisə ilə bağlı açıqlamasında bildirib ki, əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır, amma bu gün buna çox az firmalar riayət edir və nəticədə də bu kimi hallar baş verir: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə Azərbaycanın əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalı, üzərində buraxılma və son yararlılıq tarixi göstərilməlidir. Lakin biz görürük ki, bəzi yerlərdə konfet və peçenyelər açıq satılır və bu isə yolverilməzdir. Ona görə də belə hallar baş verir. Bütün hallarda istehlakçı dükan sahibinə iradını bildirməli, bu cür konfetlərin satışdan yığışdırılması üçün təşəbbüs qaldırmalıdır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir. Yaxud da bizim quruma ərizəylə müraciət etsin və həmin konfetin satışdan yığışdırılaraq məhv edilməsinə köməklik göstərək”.
 
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...