Cəmİyyət

"Vətəninfo.az"-ı "Hizbiyyə"çilər susdurmaq istəyirlər-Nahid Canbaxışlı məhkəməyə verildi

Bu gün Vətəninfo.az-ın redaksiyasına Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın imzası ilə məhkəmə bildirişi daxil olub.Məhkəmə bildirişində qeyd edilir ki, Rəcəbov Adill Məmməd oğlu,Səfərbəyov Səfərbəy Ziyautdinoviç,Muradlı Rəhim Pirzadə oğlu,Ağakişiyev Muxtar Əli oğlu və Məmmədov Ağali oğlunun iddiası əsasında Vətəninfo.az saytı və saytın baş redaktoru Nahid Baxşəli oğlu Canbaxışlı iddia irəli sürülüb.
 
Məktubda deyilir:
İddiaçı  Rəcəbov Adill Məmməd oğlu,Səfərbəyov Səfərbəy Ziyautdinoviç,Muradlı Rəhim Pirzadə oğlu,Ağakişiyev Muxtar Əli oğlu və Məmmədov Ağali oğlunun  cavabdehlər Vətəninfo.az saytı və saytın baş redaktoru Nahid Baxşəli oğlu Canbaxışlıya qarşı "şərəf vələyaq və işgüzar nüfuzu ləkələyən məlumatların təkib edilməsi və bunun yayılması nəticəsində dəyən zərərin ödənilməsi"tələbinə dair mülkü iş üzrə məkhəmə təyin edilib.
 
Bununla bağlı Vətəninfo.az İnformasiya Agentliyinin baş redaktoru Nahid Canbaxışlı bildirirb ki, Vətəninfo.az saytında Adil Rəcəbovla bağlı bu günə kimi onlarla məlumat yayımlanıb: " İndi biz bilmirik bu zat hansı xəbərdə özünün şərəf və ləyaqətinin təhqir olunduğun düşünür.Çün ki, redaksiyamıza sadəcə bildiriş daxil olub.Bildirişlə bərabər iddia ərzəsinin sürəti daxil olmayıb. İkincisi də google-yə daxil olsanız Adil Rəcəbovla bağlı yülərlə informasiya görərsiniz. Bu adam özü məhkəməyə verilməlidir.Yadınızdadırsa bunun bir adamı redaksoyamıza hücunda etmişdi.O zaman biz dövlətin müvafiq orqanlarına müraciət etsək də, təssüflər olsun dövlət orqanları susdular.Görünür dövlət orqanlarının susması bu şəxsi həvəsləndirib.İndi fikirlərşir ki,məhkəmə yolu ilə bizi susdura biləcək.Əksinə Adil Rəcəbovla bağlı daha geniş məlumatlar yayacağıq".
Nahid Canbaxışlı bildirib ki, Azərbaycanda Adil Rəcəbovun etdikləri ilə bğalı dövlətin müvafiq qurumları məlumatlıdırlar.Amma nədənsə bu adam rahat şəkildə əlin-qolun sallayaraq dolaşır : "Bu ayın 27-nə məhkəmə təyin edilib.Bizdən başqa deyəsən bir neçə saytı da məhkəməyə verib.Gözləyək görək məhkəmədə nələr olacaq".Baş redaktor qeyd edib ki,Azərbaycanda dindarlar arasında Suriyada cihadı gizli təbliğ edən Adil Rəcəbovu ifşa etdikdən sonra bizi məhkəmə ilə susdurmağa çalışır: "Adil Rəcəbov unudur ki, mən vətənə xidmətdə yaralanmışam. Bu vətən üçün can qoyanda Adil Rəcəbov bilinmirdi hardaydı. Adil Rəcəbov gizli şəkildə təbliğ edirdi ki,Suriyada savaşan al-Qaida terror təşkilatının Suriya qolu "Nusra Cəbhəsi" qardaşlarımızdır.Adil Rəcəbovun yanlış təbliğatı nəticəsinə 900 dən çox Azərbaycanlı Suriyada savaşa qatılmışdır. Adil Rəcəbovun gizli evlərdə apatdığı pozucu təbliğat barədə şahidimizdə var.Şahidimiz məhkəmədə ifadə verməyədə hazırdır".
 

AdRiver

XƏBƏR LENTİ