Vətəni kim sevir? – Londonda barda olan, yoxsa hərbi xidmətdə olan

Vətəni kim sevir? – Londonda barda olan, yoxsa hərbi xidmətdə olan
Hərbi xidmət  kişilik məktəbidir. Bu xidməti hər kəs keçməlidir. Prezidentin də oğlu, nazirin də, sadə vətəndaşın da.  Vətənə xidmət nümünəsini isə Ali Baş Komandan, Prezident  İlham Əliyevin oğlu Heydər Əliyev sübut etdi.
 
Ali təhsilini başa vuraraq hərbi xidmətə yollandı. Heydər Əliyev adını daşıdığı Ulu öndər Heydər Əliyevə layiqli bir nəvə, adını daşıyan layiqli bir övlad olduğunu sübut etdi. O vətənə layiqli əsgər olmaqla hər kəsə, xidmətə yollanan bütün əsgərlərə nümunə oldu. Heydər Əliyev əldə silah vətənə xidmət etməklə  çoxlarının edə bilmədiyini etdi.
 
Daima müxalifət mətbuatında vətənə sədaqətdən dəm vuranlar, nədənsə hərbi xidmətdə yayınırlar. Son zamanlar tez-tez əsl vətəndaşlıqdan danışan Əli Kərimli nədənsə öz övladının niyə hərbi xidmətə getməməsinə cavab verə bilmir.
 
Aydındır ki, dünyanın ən gözəl barlarını, kazinolarını gəzən Türkel Kərimli vətənə xidmət borcunu verməyəcək. Onun uzaq Londonda patriotluq dərsi isə sadəcə içdiyi viskinin təsirindən yaranan saxta pafosdur. Vətəni sevən gənc öz ordusuna, xalqına xidmət etməlidir. Bu nümunəni isə əvvəlcədə qeyd etdiyimiz kimi Heydər Əliyev göstərib. Vətənə sevgi imandandır deyirlər. Sevginin imanı isə torpağa şərafətdəndir. Torpağını sevməyən Türkel Kərimlinin isə xidmət etməsi absurddur...
 
Elə vətəni necə sevmək olar sualına videoblogger Ata Abdulklayev Əli Kərimliyə ünvanlayıb. Görünür Əli Kərimli bu suala cavab vermək istəməyib. Videodan ayadın görünür ki, suala cavab vermək əvəzinə Əli Kərimli və ətrafındakılar qara-qışqırıq salıblar. Bu sadəcə Əli Kərimlinin öz övladının niyə vətənə xidmət etməməsinin cavabıdır. Qara-qışqırıq salmaq sualdan yayınmaq. Vətənə isə əsl sevgisini izhar edən lazımdır. 
Elçin



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...