Vətəndaşlar əsas problemlərini açıqlayıblar

Vətəndaşlar əsas problemlərini açıqlayıblar
 

Gürcüstanda respondentlərin 48%-i iş yerlərini özləri üçün ən əsas problem adlandırıblar.

Sfera.az bildirir ki,  bu, ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusu nəticəsində məlum olub.

Rəyi soruşulanların 34%-i əsas problemi qiymət artımı, 33%-i yoxsulluq, 29%-i isə ərazi bütövlüyü məsələsini ən böyük problem kimi göstərib.

Respondentlərin 22%-i əsas problemin təqaüd, 19%-i isə əməkhaqqı ilə bağlı olduğunu bildirib.

NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə bu il iyulun 13-dən 29-dək 2 131 respondent arasında keçirib. (report)


OXŞAR XƏBƏRLƏR