Vətəndaş və İnkişaf Partiyası: Prezident seçkiləri ilə əlaqədar hər hansı maneə ilə qarşılaşmamışıq
Siyasət
09:01 / 13.03.2018
2700
"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar hər hansı maneə ilə üzləşməmişik".
Bunu Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynov deyib.
R.Hüseynov bildirib ki, artıq imzatoplama kampaniyası başa çatıb və partiyanın namizədinin qeydə alınması üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib:
"İmzatoplama zamanı biz heç bir problemlə rastlaşmamışıq. İmza toplayan nümayəndələrimiz hökumətin heç bir nümayəndəsinin hər hansı bir təzyiqi və ya digər maneə ilə qarşılaşmayıb. Bu müddət ərzində Mərkəzi Seçki Komissiyasına etdiyimiz müraciətlərə müsbət cavab almışıq, aramızda heç bir anlaşılmazlıq olmayıb".
trend.az