Verilişdən qovulan Maral Tahirqızı: \"Bu yaxınlarda Şakira ilə...\"

Verilişdən qovulan Maral Tahirqızı: \
Ötən həftə Elçin Əlibəylinin verilişindən qovulan müğənni Maral Tahirqızı Sfera.az-a maraqlı açıqlamalar edib.

- Verilişdən qovulduğunuz deyilir. Niyə belə bir hadisə baş verdi?

- Məni verilişdən qovmamışdılar, özüm çıxdım ordan. Dedim ki, gedirəm. Məni bir daha qalmaqallı verilişlərə dəvət etməyin. Aparıcı da dedi ki, get. Mən də ona dedim ki, sizin verilişdən gedirəm, sənətdən yox. Bir daha da bu tipli qalmaqallı verlişlərə qatılmamaq qərarı aldım. O verilişdən məni heç kim qovmamışdı.

- Bu məsələyə aydınlıq gəldiyinə görə, keçək başqa suallara. Hazırda nə ilə məşğulsunuz, toylara təklif alırsınız?

- Mənə sosial şəbəkələr vasitəsi ilə yazırlar. Xüsusən də, "Instagram"da yazan çoxdur. Oradan baxıram və uyğun olanına gedirəm.

- Bəs nə qədər qonorar alırsınız?

- Bu toyun yiyəsinə baxır. Varlıdırsa çox verir, imkanı azdırsa, məvacib də az olur
.
- Yenə Ledi Qaqa ilə  yazışırsız?

- Ledi Qaqa ilə yazışmamışam. Ola bilsin, kimsə Ledi Qaqa ilə şəklimi qoyub və deyib ki, bunlar yazışıb. Amma, bu yalan xəbərdir. Bu yaxınlarda Şakira ilə də dedilər. Lakin, o mən deyiləm, yerimə kimsə yazışa bilər və mən Maral Tahirqızıyam deyə bilər.

- "Instagram"da ərəb şeyxlərinə mahnı oxuduğunuzu paylaşmışdız. Yenə belə təkliflər gəlir?

- Onlar Ərəbistanda yaşayan Azərbaycanlılar idi. Bir nəfər xahiş etdi ki, ərəb mahnısı oxu. Mən də onu Azərbaycanca oxudum. Onlar da razı qaldılar. Mən heç ərəbləri tanımıram. Ömrümdə sırf özü ərəb olan insan görməmişəm. Heç Ərəbistanda belə olmamışam.

- Maral xanım, ailə qurmaq haqda nə düşünürsüz?

- Mən çətin xanımam. Hamını bəyənmirəm. Özümə tay bir adam olsun istəyərəm. Məni başa düşə bilsin.

- Tələbələr  yetişdirirsiz?

- İndi hamı nəsə oxuya bilər. Zümzümə etmək çox asan işdir. Adi səsdən hamıda var. Bir də var qeyri-adi səs. Dünyanın özündə belə qeyri-adi səsli insanlara daha çox üstünlük verirlər .Kimsə toyuna adam çağıranda və ya konsert təşkil olunanda fərqli və qeyri-adi insana üstünlük verir. Mən də elə tələbələr tapsam, yetişdirərəm.

- Məsələn, Elza Seyidcahan qeyri-adi müğənnidir. Ona münasibətiniz necədir?

- Elza xanımın sənəti haqqında elə bir məlumatım yoxdur. Ara-sıra eşidirəm, deyirlər ki, o gözəl mahnı ifa edir pianoda. Şeirləri ilə isə maraqlanmıram. Eşitmişəm amma maraqlı olmayıb mənə. Kimin səsi var, sənəti var, çıxıb onu göstərsin. Dəyəri xalq verəcək.

- İngiliscə oxuduğunuz mahnı çox diqqət çəkmişdi. Səhv etmirəmsə, Ledi Qaqanın repertuarından idi. Dünyaya açılmaq, "Eurovision"a qatılmaq kimi fikirləriniz var?

- Bu il bizi təmsil edən var. Gələn ili isə zaman göstərər. Bilmək olmaz. O "Alehandro" mahnısını tam bilmirdim, bir az eşitmişdim. O vaxtdan camaatın dilinə düşüb, hamı oxuyur.

Şükufə Süleymanlı
Sfera.az


OXŞAR XƏBƏRLƏR