Vergilər Nazirliyi marketlərdə yoxlamalara başladı

Vergilər Nazirliyi marketlərdə yoxlamalara başladı
Azərbaycan Vergilər Nazirliyi "Neptun” və "Grand” marketlər şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamalar bu gün səhər saatlarında başlayıb.
Sfera.az xəbər verir ki, "Report”un əməkdaşlarının "Neptun” marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küç., 25A ünvanında yerləşən "Neptun Xətai” ("Xətai" m/st. yaxınlığında) və Rəsul Rza küçəsi, 29/42 ("H.Aslanov” m/st. yaxınlığında) ünvanında yerləşən "Neptun Həzi Aslanov” marketlərində, həmçinin "H.Aslanov” metrosu yaxınlığında yerləşən "Grand” marketində apardığı müşahidələr faktı təsdiq edib.
"Neptun Xətai”də yoxlamalara mülki geyimli 4 vergi əməkdaşı cəlb edilib. Onlardan ikisi kassa əməliyyatlarını yoxlayır, digər ikisi isə market daxilində müşahidələr aparırlar.
"Neptun Həzi Aslanov”da da səhər saatlarında müştərilər vergi işçilərinin kassa aparatlarında yoxlama apardıqlarını müşahidə ediblər.
Vergilər Nazirliyindən məsələ ilə bağlı "Report”a şərh verilməyib.
Xatırladaq ki, ötən "Rahat”, "Bizim”, "Fresko”, "Səbət”, "Makromart”, "Araz”, "Neptun”, "Bolmart”, "Favorit” kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.
İqtisadiyyat Nazirliyindən "Report”a bildirilib ki, qeyd olunan yoxlamalarda Nazirliyin əməkdaşları iştirak etmirlər.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...