“Vergilər Nazirliyi indi adam balası kimi işləyir” – Cavid Qurbanov

“Vergilər Nazirliyi indi adam balası kimi işləyir” – Cavid Qurbanov
"Dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyən dövlət qurumları da var”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasında "2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin üzvü Əli Məsimli bildirib.

Millət vəkili onların fəaliyyətinin şəffaf və təqdirəlayiq olduğunu bildirib.

Bununla yanaşı, Ə. Məsimli bəzi qurumların da dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməmələrindən narazılığını dilə gətirib.

"Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, "yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

Millət vəkili Cavid Qurbanov isə neft məsələsini artıq bir tərəfə qoymağı məsləhət bilib:

"Neft məsələsini unutmaq lazımdır. Hər dəfə söhbəti hərləyib-fırladıb, neftin üzərinə gətiririk. Bu, düzgün deyil. Neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır. Biz işləməliyik.

Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir…Gömrükdə də işlər yoluna düşməkdədir…

Allah bizə də insaf versin, biz də işləmələyik…Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir…Hər kəs öz işini görməlidir…Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək”.

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...