Verdiyi sualla silahlı oğrunu çaş-baş qoydu - VİDEO

Verdiyi sualla silahlı oğrunu çaş-baş qoydu - VİDEO

İngiltərədə qeyri-adi oğurluq hadisəsinin görüntüləri böyük marağa səbəb olub. Belə ki, mağazanı qarət etmək istəyən oğrunun maymaqlığı hər kəsdə gülüş doğurub.

Müşahidə kamerası tərəfindən qeydə alınan kadrlar "Twitter”də mağaza sahibinin qohumu tərəfindən paylaşılıb və artıq iki milyon baxış toplayıb.

Bu barədə NDTV xəbər yayıb.

 

Kadrlardan görünür ki, dükan sahibi mağazaya girən müştərini görəndə ayağa qalxır. İçəri girən gənc bıçaq çıxararaq, pulları çantaya doldurmasını tələb edir.

Mağaza sahibi isə təmkinini pozmadan sakit şəkildə ondan soruşur: "Başqa nəsə lazımdır?”

Qarətçi ancaq pulları istədiyini bildirir. Dükan sahibi kassanı açaraq yenə "Başqa nəsə lazımdır?”, - deyə soruşur. Sonra qəfil rəfin altından beysbol ağacını çıxararaq oğrunu qabağına qatır.

"Əmim oğlunu qarət etməyə çalışıblar, o isə dünyanın ən sakit insanıdır. Bircə buna qulaq asın”, - deyə videonu paylaşan gənc bildirib.

Qeyd edək ki, video sosial şəbəkələrdə hind dilində "Başqa nəsə lazımdır?”, - adı ilə yayılıb və çoxlu bəyənmə toplayıb.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir”

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...