Venesuelada elektrik stansiyasına yeni hücum təşkil edildi
Dünya
15:22 / 26.03.2019
3971
Venesuelada Simon Bolivar su elektrik stansiyası və ölkənin elektrik sisteminin paylama mərkəzini hədəfə alan hücum təşkil olunub.
Bu barədə vitse-prezident Xorxe Rodrigez açıqlama verib. O, paytaxt Karakasın böyük hissəsiylə yanaşı, ölkənin 16 əyalətində baş verən elektrik kəsintilərinin ölkənin elektrik sisteminə edilən yeni hücumun nəticəsi olduğunu deyib.