Venesuela olaylarının neftə nə kimi təsirləri ola bilər?- ekspert təsir olmayacağını deyir

Venesuela olaylarının neftə nə kimi təsirləri ola bilər?- ekspert təsir olmayacağını deyir
Latın Amerikası ölkəsi olan Venesuelada son günlər vəziyyət bildiyiniz kimi daha da kəskinləşib. Burada müxalifət tərəfdarları prezident Maduranı qeyri-legitim hesab edərək  küçələrə çıxıblar. Madura isə hələlik onların istefa tələbinə məhəl qoymayaraq, postunda qalacağını bəyan edir. Qeyd edək ki, Venesuela iri neft istehsalçısıdır. Bu mənada həmin ölkədə baş verən bu və ya digər siyasi hadisənin neftin dünya bazarında qiymətinə ara-sıra təsirləri də olur. Venesuelanın gəlirləri əsasən neft və neft məhsullarından formalaşır. Son zamanlar neftin qiymətində baş verən azalmalar fonunda ölkədə iqtisadi durum kəskin pisləşib. Yaranmış vəziyyətdə Venesuelada baş verənlər fonunda neft bazarında kəskin qiymət artımının olacağı  proqnozlaşdırılır. Bu mümkündürmü?

"Venesueladakı hadisələrin neftin qiymətinə heç bir təsiri olmayacaq. "Qara qızıl” bahalaşmayacaq”
 
Sfera.az-a açıqlamasında bu sözləri Latın Amerikası ölkəsi Venesuelada siyasi vəziyyətin gərginləşməsi fonunda dünya bazarında neftin qiymətinin kəskin bahalaşa biləcəyilə bağlı proqnozların gündəmə gəlməsinə münasibət bildirərkən neft məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev deyib. 
 
Bununla belə ekspertin fikrincə, Venesuelanın ixrac imkanlarının getdikcə məhdudlaşması dünya bazarında yüngül və ağır neft arasında yaranan mövcud tarazlığı pozacaq:
 
"Venesuelanın sutkalıq neft hasilatının həcmi 1 milyon 200 min civarındadır. Bu mənada onun heç ixrac imkanları da yoxdur. Aparıcı terminallarda neft daşıyan kifayət qədər gəmi növbər gözləyir. Ancaq buna baxmayaraq Venesuelanın Milli Neftr şirkətinin müqavilə öhdəliklərini yerinə yetirmək imkanları sıfır səviyyəsindədir. Bu baxımdan həmin ölkənin ixrac həcmlərinin bazarlara, neftin qiymətinə elə bir təsiri olmayacaq. Amma bir məsələ var ki, Venesuela dünya neft bazarında yüngül və ağır neftin tarazlığını qoruyub saxlayan potensial neft ölkələrindən biri hesab olunur. Bu da ondan irəli gəlir ki, Venesuelada hasil olunan neft ağır neftdir. ABŞ, Asiya və Asvropadakı neft emalı zavodlarının konfiqurasiyasına fikir versək görərik ki, onların böyük əksəriyyəti ağır və yüngül neftin qarışığı ilə işləyir. Bu baxımdan Venesuelada siyasi və iqtisadi böhranın daha da dərinləşməsi, onun ixrac imkanlarının getdikcə məhdudlaşması dünya bazarında yüngül və ağır neft arasında tarazlığın bərqərar olmasına neqativ təsir göstərəcək. Amma məsələ ondadır ki, hazırda Avropa və Asiya bazarlarında tələbatdan artıq kifayət qədər neft həcmi mövcuddur. Məsələ ondadır ki, OPEK və Vyana sazişinin iştirakçısı olaraq ona müttəfiq olan dövlətlər kəsintilərə nail olmaqla bağlı noyabrda bağladıqları sazişdən sonra da belə, dünyanın inkişaf etmiş ölkələrində neft ehtiyatlarında hər hansı bir azalma müşahidə edilməyib. Hazırda həmin inkişaf etmiş ölkələrin aktivində olan kommersiya təyinatlı  neft ehtiyatlarının  toplam həcmi artıq 3 milyard barrelə çatır. Deməli, bir tərəfdən,  bazarda tələbatdan artıq kifayət qədər neft həcmləri var, digər tərəfdən də neft məhsulları bazarında böyük profisit müşahidə olunur. Həddən artıq benzin, aviakerasin ehtiyatları vardır. Ona görə də bu baxımdan neftin qiymətində Venesuelada baş verən olaylar fonunda belə hər hansı bir sıçrayışın olduğunu düşünmək məntiqdən kənardır. Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu yanvar ayında hesabat dərs edərək qlobal iqtisadi inkişafın keçən illə müqayisədə aşağı düşüb. Eyni zamanda, Asiya Fond Birjalarında narahatçılıq hiss olunur. Bütün bunlar onu deməyə əsas verir ki, neftə olan tələbat yüksək olmayacaq. Habelə, ehtiyatda kifayət qədər neft həcmləri mövcuddur. Ona görə də Venesuela hadisələri qiymət artımına elə də ciddi təsir göstərməyəcək”. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...