Velosiped və moped sürənlərin diqqətinə

Velosiped və moped sürənlərin diqqətinə
 

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkəmizdə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub. 

İdarədən Sfera.az-a verilən məlumata görə, velosiped və moped sürücüləri əməl etməli olduqları tələbləri bir daha xatırlamaları və yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Abşeron rayonu, Masazır, Xırdalan və Binəqədi qəsəbələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış bukletlər yol hərəkəti iştirakçılara təqdim olunub. 


Tədbirdə iştirak edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları,  velosiped və moped sürücülərinə bir daha yol hərəkəti qaydalarına riayət etmələrini, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı tövsiyə ediblər. İdarə etməyə mane olan yük daşınmamalı, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalı və hərəkətdə olarkən telefondan istifadə edilməməlidir. 

Bu cür profilaktik maarifləndirilmə tədbirləri bütün ölkə ərazisində davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...