Vəkillərin hakimlərlə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq

Vəkillərin hakimlərlə qeyri-prosessual münasibətlərinin qarşısı alınacaq
Azərbaycanda vəkillərin məhkəmə hakimləri ilə qeyri-prosessual münasibətlərini qarşısı alınacaq.

Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirməsi tövsiyə edilib.

OXŞAR XƏBƏRLƏR