Vəkili Yanukoviçdən imtina edib - Səbəb

Vəkili Yanukoviçdən imtina edib - Səbəb

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin vəkili məhkəmə prosesində onu müdafiə etməkdən imtina edib.

 
Bu barədə Ukraynanın yerli televiziya kanalları informasiya yayıb.

"Cinayət işinin xüsusi mürəkkəbliyini nəzərə almaqla, Viktor Yanukoviçin müdafiəsinin daha keyfiyyətli təşkil edilməsi üçün bundan sonra işlərin baxılmasında iştirak edə bilməyəcəm. Viktor Yanukoviçin müdafiəsi ilə bağlı üzərimə götürdüyüm öhdəliklərdən imtinamın qəbul edilməsini istəyirəm”, - vəkil Vitali Meşeçek bildirib.

Qeyd edək ki, Yanukoviç 2014-cü ilin əvvəlində Maydan hərəkatı nəticəsində hakimiyyətdən gedib.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR