Vəhşi heyvan Oğuzda 12 yaşlı oğlanı parçaladı

Vəhşi heyvan Oğuzda 12 yaşlı oğlanı parçaladı
 
Oğuzda itkin düşən 12 yaşlı uşağın meyiti çaydan tapılıb.

Sfera.az "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib. 

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Cəbrayıl Məmmədov həyətyanı sahədə suvarma işləri başa çatdığından həyətə gələn suyun qarşısını kəsməyə gedib. 

Axşam saatlarına qədər övladının qayıtmadığını görən atası Vüsal Məmmədov onu axtarmaq üçün çaya gedib. Ərazidə oğlunun velosipedini və paltarının olduğunu görən Vüsal Məmmədov övladını tapa bilməyəcəyini görüb rayon hüquq-mühafizə orqanlarına və müvafiq qurumlara müraciət edib. 

Bu gün səhər saatlarından isə 12 yaşlı Cəbrayıl Məmmədovun axtarışlarına rayonun hüquq-mühafizə əməkdaşları, Fövqəladə Hallar Nazirliyin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və kənd sakinləri cəlb edilib.
 
Axtarışlardan sonra Cəbrayıl Məmmədovun meyiti kəndin ərazisindən 2 kilometr aralıda Nazar çayından tapılıb.

Kənd sakinləri yeniyetmənin ölümünə səbəb kimi ayı hücumunun ola biləcəyini bildirirlər. 

Lakin ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit  Patloji Anatomiya və tibbi Ekspertiza birliyinin Oğuz rayon bölməsinə təhvil verilib. 


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...