Vəfat etmiş şəxsin üç mərasimi necə hesablanmalıdır?

Vəfat etmiş şəxsin üç mərasimi necə hesablanmalıdır?
Vəfat etmiş şəxsin üç mərasimi ölən gündən hesablanmalıdır yoxsa dəfn edildiyi gündən?
 

Əvvəla, qeyd edək ki, mərhum şəxs üçün üç, yeddi, qırx, il və cümə axşamı mərasimləri keçirmək dinimizdə vacib deyil. Bunlar dinimizin müstəhəb bildiyi və milli adət-ənənəmizə hopmuş mərasimlərdir. Vaxtına gəlincə, Azərbaycanda hər iki varianta rast gəlirik.

Sfera.az islam.az-a istinadən bildirir ki, bəzi rayonlarda mərhumun öldüyü gündən, bəzi bölgələrdə isə torpağa tapşırıldığı gündən üçünü hesablayırlar. Bunların hansının düzgün olduğunu dəqiq söyləmək çətindir, hərçənd ki, vəfat etdiyi gündən hesablanması doğruya daha yaxın görünür və daha geniş yayılıb. Çox vaxt üç mərasiminin dəfn günündən hesablanması müəyyən obyektiv səbəblər üzündən olur (hazırlıq işlərinı çatdırmaq çətindirsə, mərhumun uzaqdakı qohumlarının gəlib-çıxması yubanırsa).


OXŞAR XƏBƏRLƏR