Vasim Məmmədəliyev AzTV-dəki verilişdən çıxdı - yerinə Hacı Şahin olacaq

Vasim Məmmədəliyev AzTV-dəki verilişdən çıxdı - yerinə Hacı Şahin olacaq
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev "Azərbaycan Teleradio Verilişləri" QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan "Haqqın dərgahı” verilişinin aparıcısı vəzifəsindən çıxıb.

Sfera.az "Report”a istinadən xəbər verir ki, hazırda veriliş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında yayımlanır. 

"Report”a açıqlama verən Ş.Həsənli bildirib ki, verilişin ilk buraxılışı artıq onun təqdimatında efirdə yayımlanıb: "Haqqın dərgahı” verilişinin mənim təqdimatımda ilk proqramı ötən gün yayımlandı. Verilişin proqramı hələ ki, dəyişilməz olaraq qalır. Gələcəkdə verilişə qonaqların da dəvət olunması gözlənilir. Verilişdə dini dəyərlərə elmi yanaşma, mənəvi dəyərlərin müasir reallıqlara uyğun təbliğ olunmasına üstünlük veriləcək".

Qeyd edək ki, "Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır. 



OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ - 2 - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan- Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.  ...

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan QALDIRILIR

Azərbaycan ilə Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haq...

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə “...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - 2 - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

İlham Əliyev: "Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb"

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prez...